Nigah və naməhrəmə baxmaqla bağlı sual
Sual:
Salam aleykum. Necesiz? Size bir-iki sualim olacaq. Men aileliyem. Cahil vaxti evlenmishem. İndi ise namaza gelmishem. Haqqi bilenden sonra isteyirem ki, deyishim. Nigahida molla kesib. İndi ise isteyirem ki, yeniden kebin kesdirim ve ozude sunne yolu ile. Bunu nece ede bilerem, hara ve kime yaxinlasha bilerem? Birde zovce terefinden shahid kimi dayisi olsa olarmi? Mene deyirler ki, zovcen namaz ehli deyilse, kebin kesmezler. Bu duzgundurmu? Birde qardaş bele bir sualim da var. Goz zinasi haqda sorushmaq isteyirem. Ele bir vaxta yashayiriq ki, her gun, her deqiqe yolda namehremlerle bir yerde ishleyir ve uzbe-uz gelirik. Ne qeder ozumu sixsamda, arada-bir goz istemeden baxir. Amma Allah shahiddir ki, bu bilerekden ve yaxud da shehvet ile olmur. Sadece bilmek isteyirem ki, buna gorede bize gunah yazilirmi? Etrafli cavab verseydiniz shad olardim. Allah Teala elminizi ve fehminizi artirsin! Amin! Assalamu aleykum.
Cavab:
Aleykum salam.
1) Əgər toy valideynlərin razılığı və insanların iştirakı olubsa, bu kəbinin şərtlərini yerinə yetirir. Həmçinn, toy olduqda insanların şahidliyi və qadına zinət əşyalarının verilməsi ilə mehr verilməsi təmin olunur. Çünki kəbində valideynlərin razılığı, iki şahidin olması və mehrin verilməsi şərtdir.
2) Bacardığınız qədər yad qadına baxmaqdan çəkinin. Uca Allah buyurur: "Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü sizə günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (əl Əhzab, 5).