Hicablı qadının razılığı olmadan onun başıaçıq şəkillərini paylaşan günah qazanırmı?
Sual:
Salam men hicabdan onceki başı açıq sekillerimi instagram hesabımdan silmisem , amma bacımın hesabımda açıq sekillerim var , bacımdan silmesini xais etdim , bacım bunun yanlış olmadığını dedi ve silmek istemedi. O sekillerin qalması haramdır mı ve bacım o sekilleri silmemekle günah qazanırmı?
Cavab:
Va aleykum Salam. Hicablı qadının sosial mediada başıaçıq şəkillərinin olması qadağandır və bu şəkilləri yayanlar günah qazanırlar. Odur ki bacınızdan öz hesabında olan açıq şəkillərinizi silməyi israrla tələb edin. Əgər sizin narazı olmağınıza və tələb etməyinizə baxmayaraq bacınız bu şəkilləri yenə silməzsə, buna görə artıq siz yox, o günah qazanır.