Boşanmış qadın keçmiş ərinə hicabsız görsənə bilərmi?
Sual:
Salam men resmi nigahdan boşanmisam ama kebini geri oxudmamisam hicabliyam yoldasimla tel vaisdesi ile elaq qururuq usaqla danışır men başı aciq gorune bilerem mi yeni biz bir birmize kebini geri oxudmadiqmiza göre Allah yanında hala bir birmize halaliq ?
Cavab:
Va aleykum Salam. Əgər siz boşanmısınızsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Keçmiş həyat yoldaşınız isə artıq sizə naməhrəm sayılır və onun sizi istər telefonda, istərsə də canlı olaraq, hicabsız görməsi haramdır. Həmçinin oxuyun:
Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı?