İman gətirməyən bir şəxsə görə ailə üzvləri günah qazanırmı?

    20.07.2022
Kimdən: 
leyla
Sual: 
Salam. Bir ailede biri inanmır buna göre ailedekiler de günah qazanır? Anası ne etdise olmadı hemin bu adam tutduğunu buraxmır. Amma iş orasındadı ki heç özüda bir ağ günde deyil. Man çox sıxılıram buna göre axı ne üçün bela bir adam var bizim ailede.
Cavab: 

Va aleykum Salam. İman gətirməyən şəxsə görə onun ailə üzvləri günah qazanmır. Uca Allah buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir. Heç bir gü­nahkar baş­qasının güna­hını daşı­maz" (əl-Ənam, 164). Həmçinin buyurur: “Hər kəs qazandığının gi­rovudur” (ət-Tur, 21). Yəni hər kəs qazandığı günahın girovudur. Başqa bir ayədə buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).

Əbu Ramsə (Allah ondan razı olsun) nəql edir ki, bir dəfə oğlumla birlikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yanına gəldim və Allah Rəsulu məndən: "Bu sənin oğlundur? – deyə soruşdu. Mən də: Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm, – deyə cavab verdim. Peyğəmbərimiz: " Bil ki, nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də oğlun sənin xətalarına görə qınanacaq" - dedi..." (Əbu Davud, 2/575; Musnəd İmam Əhməd, 2/226). 

Lakin ailə üzvllərinin üzərinə hətta qəbul etməsə belə, onu gözəl şəkildə dəvət etmək düşür. Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: