Qeyri-müsəlman salam verdikdə salamı qaytarmaq olarmı?

    01.05.2022
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Xristian və ya yəhudi salam aleykum desə, ona salamı olduğu kimi qaytarmaq olar?
Cavab: 

Va aleykum Salam. Bəli, qeyri-müsəlmanlar salam verdikdə cavab olaraq salamı qaytarmaq olar. İslam alimləri bu məsələni belə izah etmişlər: "Uca Allah buyurur: “Biri sizin­lə salamlaşdığı za­man siz onun salamını daha bö­yük ehti­ram­la alın və ya ve­ri­lən sala­mı olduğu kimi qay­ta­rın!” (ən-Nisa, 86). Bu möhtəşəm ayədən o da ay­dın olur ki, əgər ka­fir­lər­dən biri səni salam­layıb, aydın ifadə ilə "əs-Sə­ləmu aleyk!" de­sə, ona "Va aley­kəs­-sə­lam!" deyə bilərsən, çünki bunu deməklə onun salamını olduğu ki­mi qaytarmış hesab edilərsən. Qaldı ki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun): “Kitab əhli sizə salam verdiyi za­man siz onlara: "Va aleykum!"- deyin”, yəni onlara: "Va aley­kumus-sələm!”- deməyin!” sö­zü­nə gəlincə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun bunun səbəbini həmin hədisdə açıqlayıb demişdir: "Yəhudilər salam ver­dik­də: "əs-Səmu aleykum", yəni "Sizə ölüm olsun!"– deyə sizə bəddua edirlər. Siz də on­la­ra: "Va aleykum (sizin də üzərinizə olsun)!”– deyin”. Bu hə­disdən aydın olur ki, əgər onlar: “əs-Sələmu aley­kum”– desələr, biz onlara: "Va aleyku­mus-sələm"– deyə cavab veririk, çünki yuxarıdakı ayənin tələbini yerinə yetirmiş oluruq.

Paylaş: