Deyirlər ki, Allahın bəd nəzərdən xəbəri yoxdur. Bu fikir doğrudur?

    06.05.2014
Sual: 
Salam aleykum. Deyirler Allahin gozden, nezerden xeberi yoxdur. Kime deyirsen hami bele deyir. Amma men bele fikirleshmirem. Chunki Allahin qadir ola bilmeyeceyi heç ne yoxdur. Xahiş edirem ki, bu suala cavab yazasiniz.
Cavab: 

Aleykum salam. Uca Allahın gizli və aşkar olan hər bir şeydən xəbəri vardır. Uca Allah buyurur: "Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?" (əl-Bəqərə, 77).
İnsanlar da bu həqiqəti bilir və bu ifadəni məcazi mənada işlədirlər. Gözdəymə çox təhlükəli olduğuna görə insanlar onu bu cür ifadə edirlər. Lakin bilmək lazımdır ki, gözdəymədən qoruyan yalnız Uca Allahdır. Hətta Yaqub Peyğəmbər (Ona Allahın salamı olsun) öz oğullarını Misirə göndərdikdə gözdəymədən ehtiyat edərək onlara ayrı-ayrı qapılardan şəhərə daxil olmalarını tövsiyə etmişdir. Uca Allah bu haqda buyurur: "O dedi: "Ey oğullarım! (Şəhərə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər". (Yusuf, 67).
Yaqubun (aleyhi-s-sələm) bu sözlərindən sonra Uca Allah buyurur: "Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin (bu) Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf, 68).
İnsanların çoxu bilmir ki, insanı hər bir şərdən qoruyan Uca Allahdır. Uca Allah əl-Fələqən-Nas surələrində bütün şərlərdən yalnız Ona pənah aparmağı buyurur. Gözdəymədən ehtiyat edən bu surələri oxuyaraq gözdəymədən, cadudan və bütün şərlərdən Uca Allaha sığına bilər.  

Teqlər: 
Paylaş: