Namaz əsnasında uşaq ağlayarsa namazdan çıxmaq olarmı?
Sual:
Salam Aleykum 5ile yaxindiki lazim olan butun suallarima cvbi burdan tapiram.Allah razi qalsin sizden.Menim ovladim 4 ayliqdi ana sudu ile qidalandigina gore mene ehtiyaci olur.Eger men Namaz qilarken agliyarsa men ne edim.Yaxud diger Namaz bactina kimi sakitlewmezse neyniyim.Tez cvblandirsNiz sevinerem Namazima qaldigim yerden davam elemek ucun cvbiniz onemlidi.Salam Aleykum
Cavab:
Va aleykum Salam. Dinimiz hər bir vəziyyətdə ibadətləri yerinə yetirmək üçün rüxsətlər qoymuşdur. Çalışın uşaq yuxuda olduqda namazları qılasınız. Həmçinin namazları çox uzatmaya bilərsiniz. Əgər namaz əsnasında uşaq ağlayarsa və uşağa zərər toxunacağından qorxsanız namazdan çıxaraq sonra qıla bilərsiniz. Həmçinin ağlayan uşağı qucaqda tutub namaz qılmaq da olar. Ətraflı oxuyun: