İşlədiyim yerdən icazəsiz evə gül gətirə bilərəmmi?
Sual:
Assalamu aleykum. Sualim bele olacaq ki, men ishledyim shirketde guller var. Choxdur. Men o gullerden qopardib eve getirmishem ki, ekim. Bilmek isteyirem ki, bu haramdir yoxsa, yox?
Cavab:
Aleykum salam. İşlədiyiniz obyekti və onun müdiriyyətini siz daha yaxşı tanıyırsınız. Əgər orada olan gülləri götürmək qadağan olunmursa, bunda bir problem yoxdur. Bu məsələdə halal-haramlıq müdiriyyətin icazəsindən asılıdır. İcazə verirlərsə, götürmək halal, icazə vermirlərsə, haramdır.