Maliki məzhəbinin davamçıları əliaçıq namaz qılırlarmı?

    13.04.2023
Kimdən: 
Yusif
Sual: 
Sizin yazınızda namazı eli açıq qılmaq barede heç bir revayetin olmadığını dediynizi gördüm axı revayetler var ve ehli sünnede maliki mehsebinin mensubları eli açıq namaz qılır bunu neye esasen deyirsiz ve eli yanda namazın 2 ci xelife dövründü meydana geldiyini deyen ehli sünne alimleride var Salam Aleykum
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan bütün hədislərdə bildirilir ki, o, namazda sağ əl sol əlin üzərində olmaqla sinəsinin üzərinə qoymuşdur. Heç bir hədisdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əllərini yanına qoyaraq namaz qıldığı bildirilmir. Bu barədə ətraflı oxuyun:

Əlləri açıq şəkildə namaz qılmaq olarmı?


İmam Malik (Allah ona rəhmət etsin) "əl-Muvatta" adlı əsərində namaz qılarkən sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərinə qoymağı müstəhəb görmüş və bu barədə "Namazda əlləri bir-birinin üzərinə qoymaq" adlı başlıq qeyd edərək başlığın altında bu iki hədisi (339 və 340 saylı hədisləri) rəvayət etmişdir: (339) "Abdul-Kərim ibn Əbul-Muxariq rəvayət edir ki, "Əvvəlki peyğəmbərlərin dedikləri sözlərdən biri belə olmuşdur: "Əgər utanmırsansa nə istəyirsən et", habelə, namazda bir əli digərinin üzərinə qoymaq, yəni sağ əli sol əlin üzərinə qoymaq, iftarı vaxtı girən kimi açıb, səhuru son vaxtına kimi gecikdirmək də əvvəlki peyğəmbərlərin sünnəsidir". (340) Rəvayət edilir ki, Səhl ibn Səd (Allah ondan razı olsun) demişdir: “Camaata əmr edilərdi ki, namaz qıldıqda sağ əli sol qolun üstünə qoysunlar”. Hədisi əl-Buxari və digərləri də rəvayət etmişlər".  

İmam Malikin (Allah ona rəhmət etsin) rəvayət etdiyi bu iki hədis göstərir ki, o, namazda sağ əl sol əlin üzərində olmaqla əlləri sinənin üzərində bağlamağı müstəhəb görmüşdür. Maliki məzhəbinin bəzi mənsubları İmam Malikdən (Allah ona rəhmət etsin) namazda əlləri bağlamağın məkruh olduğunu nəql etməsinə gəlincə, Maliki məzhəbinin böyük alimlərindən olan əl-Baci (Allah ona rəhmət etsin) bunu belə açıqlamışdır: "İmam Malik (Allah ona rəhmət etsin) namazda əlləri bağlamağın məkruh olmasını ona görə demişdir ki, bəzi avam insanlar namazda əlləri bağlamağın namazın rüknlərindən olmasını və bunu etmədikdə namazın batil olacağını zənn etməsinlər".

Əli açıq namaz qılmağın tarixi barədə digər alimlərinin dedikləri barədə məlumatımız yoxdur. Hər bir halda, sualda qeyd etdiyiniz kimi, əliaçıq namaz qılmağın 2-ci xəlifə Ömərin (Allah ondan razı olsun) dövründə meydana gəlməsi doğrudursa, o zaman bu bir daha təsdiq edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu cür namaz qılmamışdır. 

Teqlər: 
Paylaş: