Oğurlanmış pulun sahibi ölübsə, pul kimə qaytarılır?

    07.07.2022
Kimdən: 
Asif
Sual: 
Salam aleykum. Oğurluq edən peşman olduqda və oğurluq edilən də dünyasını dəyişibsə, götürdüyü pulu ölənin ailəsinə qaytarsa oğurluq günahı bağışlanar?
Cavab: 

Va aleykum Salam. Oğurluq edən şəxs bu əməldən tövbə etməlidir. Peşmançılıq tövbənin əlamətidir. Əgər oğurluq edilən şəxs dünyasını dəyişmişsə oğru götürdüyü pulu onun varislərinə qaytarmalıdır. Əgər oğru tövbə etməklə yanaşı götürdüyü pulu oğurluq etdiyi şəxsin varislərinə qaytararsa artıq üzərinə düşəni etmiş sayılar və günahı bağışlanar. Həmçinin oxuyun:

Paylaş: