İmtahanda gizlin köçürənlərə yardım etmək olarmı?

    29.04.2022
Kimdən: 
Kansuela
Sual: 
Salam. İmtahanlarda etrafında oturan qrup yoldaşlarına nəzarətçidən gizlin yazmaqlarına kömek etmək düzgündür?
Cavab: 

Va aleykum Salam. Xeyr, bu əməl aldatmaq sayılır. Belə etməklə siz günah bir işə yardım etmiş olursunuz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749). Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin oxuyun:

İmtahanda köçürtmək olarmı?

Paylaş: