Ələm və ocaq haqqında
Sual:
Salam aleykum. Elem nedir? Evde elem saxlamaq ve ona nezir baglamaq ne derecede dogrudur? İkinci sualim ise beledir. Ele bir shey ola bilermi ki, kiminse heyetinde ocaq yaransin? Xahiş edirem ki, bu iki sual barede delillere esasen geniş ve izahli achiqlama veresiniz.
Cavab:
Aleykum salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında ələm olmamışdır. Bu sonradan dinə gətirilən bidətlərdən biridir. Çünki bunu Uca Allah və Onun elçisi (salləllahu aleyhi və səlləm) buyurmamışdır. Pirlər və ocaqlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün edilən ibadət yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Uca Allahdan qeyrisi üçün etmək Uca Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116).
Əlavə olaraq bunları oxuyun: Pirləri ziyarət etmək doğrudurmu?
Əlavə olaraq bunları oxuyun: Pirləri ziyarət etmək doğrudurmu?