Zina və göz zinası nədir?

    10.05.2014
Sual: 
Salam aleykum. Umumiyyetle zina nedir? Ayrica goz zinasi nedir? Erle-arvad üç ay ve ya bu muddetden daha artiq bir-birinden ayri qala bilerlermi? Yeni yoldashim xaricde ishleyir. Üç aydan bir gedib-gelir. Üç ay burada, üç ay da xaricde olur. Tebii ki, ish ile bagli gedir. Bu gunah deyilmi ki, men burada tek qaliram, ushaq ata hesreti chekir? Bu ne derecede dogrudur? Altı ildir ki, aileliyik. Yeni bu veziyyet altı ildir ki, davam edir. Amma, bu haqsizliq deyilmi?
Cavab: 

Aleykum salam...
Zina haqqında buradan oxuyun: Zina haqqında
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Gözün zinası (harama, naməhərəmə) baxmaqdır".
Uca Allah buyurur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 30-31).
Ərlə arvadın zəruri səbəb olmadan üç aydan artıq bir-birindən ayrı qalması qadağan olunur. 

Paylaş: