"Bədbinlik yalnız üç şeydədir; qadında, minikdə və evdə" hədisinin açıqlaması nədir?

    22.07.2022
Sual: 
Salamaleykum ve rehmetullah.Sualım beledir.Bir hedisde Allah resulu s.a.s deyirki; 4 şey varki bedbextlikdendir( söze baxmayan zövce,pis qonşu,dar ev,narahat minik),4 şey varki xoşbextlikdendir(salehe qadın,yaxşı qonşu,geniş ev,rahat minik). Men bilmek isdeyiremki bu ne demekdir? Yeni bu elametler varsa demek Allah insanı bedbext ve ya boşbext yaradıb? Allah elminize bereket versin.
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Sualda qeyd etdiyiniz hədis belədir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bədbinlik yalnız üç şeydədir; qadında, minikdə və evdə". (əl-Buxari, 2858; Muslim, 2225). Digər bir rəvayətdə belə deyilir: "Əgər bədbinlik olsaydı, bu üç şeydə - qadında, minikdə və evdə olardı"  (əl-Buxari, 2859; Muslim, 2226). Bir hədisdə isə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Keçici xəstəlik, bədbinlik və bayquşda pis əlamət yoxdur. Əgər bədbinlik olsaydı, bu üç şeydə - minikdə, qadında və evdə olardı". (Musnəd Əhməd, 1554)

Alimlər bu hədisləri cəm edərək bildirmişlər ki, bədbinlik iki növdür:

Birinci növ özündə şirk (Allaha şərik qoşmağı) ehtiva edir ki, bu da bir insanın eşitdiyi və gördüyü müəyyən şeylərin nəhs olduğuna və ya bədbinlik əlaməti olduğuna inanmasıdır. Buna nəhslik deyilir və bu əməl şirk olduğuna görə şəriətdə qadağandır. 
Bədbinliyin ikinci növünə gəldikdə, bu, istisna təşkil edir və şəriətdə qadağan olunan növdən sayılmır. Odur ki, hədisdə "Bədbinlik yalnız üç şeydədir; qadında, minikdə və evdə". (əl-Buxari, 2858; Muslim, 2225) buyurulur. Bu hədisdəki məna istisnadır və qadağan olunmuş bədbinlikdən sayılmır. Çünki deyirlər ki, Uca Allah bəzi qadınlarda, bəzi evlərdə və bəzi miniklərdə bədlik və şər yaratmışdır. Bəzən Allahın qəzavü-qədəri bu üç şeylə üst-üstə düşə bilər. Bu cür hal ilə rastlaşan şəxs qəlbini batil etiqaddan qorumaq məqsədilə onun üçün münasib olmayan evi tərk edərsə və ya onun üçün uyğun olmayan qadını boşayarsa, yaxud ona münasib olmayan miniyi tərk edərsə, bunda bir qəbahət yoxdur, çünki bu bədbinlikdən sayılmır.  

 

Paylaş: