Yuxuda qılınc görmək nə mənaya gəlir?

    09.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Men yatanda yuxumda qilinc gordum. Bu qilinc ise goyun uzunde buludlardan qilinc kimi duzelmishdi. Sizce bu (sallallahu aleyhi ve sellemin) qilinci ola bilermi? Onu da deyim ki, yuxum dini yuxu idi. Cavab yazin! Allah Subhenehu ve Teala sizden razi olsun!
Cavab: 

Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Yəni bu insanlardan tələb olunmur. Yaxşı yuxu gördükdə sevinmək və Uca Allaha həmd etmək lazımdır. Pis yuxu gördükdə isə bu yuxunu şeytandan bilib onun barəsində fikirləşməmək, heç kəsə danışmamaq, boş bir şey hesab etmək və şeytandan Allah Təalaya sığınmaq lazımdır. Ümumiyyətlə isə yuxulara çox əhəmiyyət vermək lazım deyildir. 

Paylaş: