Duanı telefondan oxuyan adam əllərini necə qaldırsın?

    11.07.2022
Kimdən: 
Nazli..
Sual: 
Salam. 1) dua ederken her iki eli qaldırmaq lazımdır? Yoxsa tek eli qaldirib diğer el ile telefonu tutub telefondan oxumaq olar? 2) men ehtiyyaci olana yardım etmek istesem ve ya heyvana yemek vermek istesem valideynimden pul alıb etsem, bu işin savabi nece olur? 3) men evveller namaz qilirdim sonra tembelliğim ucbatindan qilmadim 2 defe qildim ikisinide buraxdim. indi yene qilmaq isteyirem amma qorxuram yene üçüncü defe buraxaram, ele bir an olur ki, ele istek dolur ki, içime qilim amma yene tembelliğim tutur baslamiram namaza men ne edim?
Cavab: 

Va aleykum Salam. 

1) Dua edərkən əlləri qaldırmaq duanın ədəblərindən sayılır və duanın qəbul olunmasının səbəblərindən biridir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizin Rəbbiniz Həyalı və Səxavətlidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan həya edir". (Əbu Davud, 1490; İbn Məcəh, 3998). Yaxşı olar ki, dua edərkən əldə heç bir şey saxlamayasan. Lakin əgər insan duanı əzbər bilmirsə bu halda duaları vərəqdən və ya telefondan oxuya bilər. Bunun üçün vərəq və ya telefon tutduğu əli də yuxarı qaldırmalıdır. Ətraflı oxuyun: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?


2) Atanız sizə pulu hansısa konkret bir iş üçün yox, ümumən xərcləməyə veribsə, bu pul artıq sizə məxsusdur və onu istədiyiniz kimi xərcləyə, həmçinin sədəqə də verə bilərsiniz. Valideyninizin sizə verdiyi pulla sədəqə versəniz və ya bir heyvanı yerdirtsəniz buna görə həm siz, həm də valideyniniz savab qazanırsınız. 

3) Tənbəlliyə qalib gələrək tezliklə namaza başlayın. Daha ətraflı: Namazı dəfələrlə qılıb sonra dayandıran çox günah qazanırmı?​​​​​​​
Teqlər: 
Paylaş: