Şagirdlərin müəllim üçün ayağa qalxması icazəlidirmi?

    19.07.2022
Kimdən: 
Arif
Sual: 
Salam aleykum. Mən müəlliməm və sinifə daxil olanda uşaqlar ayağa qalxır. Bu düzgündürmü?
Cavab: 

Va aleykum Salam. Əslində dinimiz içəri daxil olan insan üçün ayağa qalxmağı qadağan etmişdir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim insanların ona təzim etmək üçün ayağa qalxmasını istəyərsə, artıq Cəhənnəmdə yerinin hazır olduğunu bilsin" (Əbu Davud, 5229; ət-Tirmizi 2755). Lakin əgər daxil olan insan özü bu əməldən, yəni insanların onun üçün ayağa qalxmasını istəmirsə və bu əməldən razı deyilsə, bu halda ona günah yazılmır.  Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də qızı Fatiməni (Allah ondan razı olsun) qaşılamaq üçün ayağa qalxardı. Həmçinin Fatimə (Allah ondan razı olsun) də atası daxil olduqda, onu qarşılamaq üçün ayağa qalxardı. Möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: "İnsanlardan görkəmi, davranışı və əhvalı baxımından Peyğəmbərə Fatimədən (Allah ondan razı olsun) daha çox oxşayan adam görmədim. Allah onun üzünü kəramətli etsin. Fatimə (Allah ondan razı olsun) onun yanına gəldiyində ayağa qalxıb onun əlindən tutar, onu öpər və gətirib öz yerində otuzdurardı. Həmçinin Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun yanına gəldikdə Fatimə (Allah ondan razı olsun) ayağa qalxıb onun əlindən tutar, onu öpər və gətirib öz  yerində otuzdurardı”. (Əbu Davud, 5217).

Paylaş: