Broyler toyuğu, dönər, satışda olan qutab və peraşkini alıb yemək olarmı?

    09.05.2014
Kimdən: 
Əsma
Sual: 
Salam aleykum. Broyler toyugu yemek haramdirmi? Doner nece? Satishda olan qutab, perashki nece? Alib yemek olarmi?
Cavab: 

Aleykum salam. Üzərində "halal" yazılmış toyuq, kolbasa və satışda olan digər ət məhsulların halal qaydada hazırlanmasına dövlət tərəfindən nəzarət olunur və onları alıb yemək olar. Müsəlmanların halal ətdən hazırladığı dönər, ətli qutab, peraşki - bunların da hamısı halaldır. Əgər hansısa satıcı yalandan ətin halal olduğunu deyirsə, bu halda günah sizə yox, ona yazılır. Həmçinin şəriətə əsasən, yediyimiz ətin kəsilməsi zamanı "bismilləh" deyildiyini bilmiriksə, bu zaman yaşadığımız ölkədə ümumən ətin "bismilləh" deyilərək kəsildiyinə baxırıq. Əgər belədirsə, onda yemək olar.

Paylaş: