Visal orucunu tutmaq olarmı?
Va aleykum Salam. Sualda qeyd etdiyiniz oruca "Visal orucu" deyilir. Visal orucu - iki və daha artıq gün iftar etmədən dalbadal oruc tutmaqdır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən "Visal orucunu" tutardı və Uca Allah ona bu orucu tutmaq üçün güc-qüvvət verərdi. Lakin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəfqətdən və rəhmətdən dolayı öz ümmətinə bu orucu tutmağı qadağan etmişdir. Rəvayət edilir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iftar etmədən dalbadal oruc tutmağı qadağan etdi. Müsəlmanlardan biri ona dedi: "Axı sən özün dalbadal oruc tutursan, ey Allahın Elçisi?!” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Hansınız mənim kimi ola bilər?! Gecələr yeməyi və içməyi mənə Rəbbim verir" Bəzi səhabələr dalbadal oruc tutacaqlarına israr etdikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlarla birlikdə iki gün dalbadal oruc tutdu, sonra onlar (şəvvalın) hilalını gördülər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əgər hilal gec görünsəydi, mən sizə əlavə oruc tutmağı vadar edəcəkdim". Belə etmək istəyirdi ki, inadkarlıq etdiklərinə görə onları cəzalandırsın" (əl-Buxari, 729; Muslim, 1103). Doğru rəy budur ki, bu növ oruc qadağandır.