Özü bacardığı halda tənbəllikdən bir işi başqasına gördürmək icazəlidirmi?
Va aleykum Salam. Özü bacardığı halda tənbəllikdən bir işi başqasına gördürmək bəyənilmir. Avf ibn Məlik əl-Əşcəi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allahın Rəsuluna beyət etməzsinizmi?" deyə buyurdu. Halbuki bizlər bir az öncə ona beyət etmişdik və Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sualını üç dəfə təkrar etdi və bizlər də əllərimizi beyət üçün uzadıb: "Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik" dedik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin" deyə buyurdu. Sonra mən bu camaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi (özü düşər) və götürərdi". (Muslim, 1043).