Ərim uşaq dünyaya gətirməyimi istəmir, buna görə günah qazanırmı?

    11.07.2022
Sual: 
Salam menim 1 övladım var 2ci defe aile qurmuşam yoldaşımında 2 övladı var ancaq qaynanam uşağımız olmağına icaze vermir yoldaşımda onun sözü ile qoymur uşağ olsun ancaq men çox isteyirem ki 1 övladımız olsun bu günah sayılırmı??
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, övlad istəmək həm kişi, həm də qadının haqqıdır və yalnız hər ikisinin razılığı olduğu halda belə bir qərar vermək olar. Əgər kişi zövcəsinin razılığı olmadan ona hamilə qalıb uşaq dünyaya gətirməsini qadağan edərsə, bununla qadının haqqına girmiş sayılır və günah qazanır. Həmçinin oxuyun: Ərim övlad sahibi olmaq istəmir, nə edim?

Teqlər: 
Paylaş: