Qəbir əzabı öz təsdiqini tapıbmı?
Aleykum salam. Qəbir əzabının var olmasını Quran və səhih hədislər təsdiq edir. Allah Təala Firona qəbirdə verilən əzab haqqında belə buyurur: "Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!" (Ğafir, 46).
Allah Təala həmçinin buyurur: "Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: "Canlarınızı çıxarın! (Allahu əkbər. Onlar ruhlarının bədəndən çıxmasını istəməyəcəklər) Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!" - dediklərini bircə görəydin". (əl-Ənam, 93).
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Qəbir əzabından Allaha sığının, qəbir əzabından Allaha sığının, qəbir əzabından Allaha sığının".
Daha ətraflı: Qəbir əzabı haqqında