Qəsdən bir mömini öldürənin cəzası nədir?
Va aleykum Salam. Mömini qəsdən öldürmək böyük günahdır, lakin bu əməl qatili İslamdan çıxarmır. Uca Allah buyurur: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın" (əl-Hucurat, 9). Uca Allah bu ayədə bir-birləri ilə vuruşan hər iki tayfanı mömin adlandırdı. Uca Allah buyurur: “Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik” (əl-İsra, 33). Mömini qəsdən öldürən şəxs ya öldürdüyü insanın qarşılığında öldürülür (cana-can), ya ölən insanın varisinə (əgər tələb edərsə) qanbahası (yüz dəvə) ödəyir, ya da ölən insanın varisi tərəfindən əfv edilir. Qeyd edək ki, belə hökmlər yalnız şəriət dövlətində və yalnız hakim tərəfindən icra edilir. İnsanların özbaşına belə hökmləri icra etməsi haramdır. Həmçinin oxuyun: