Ramazan ayının gəlişi münasibətilə təbrik etmək olrmı?
Sual:
Salam Aleykum sualım budur men qardaşları Ramazan ayı münasibetile tebrik etdim aralarından biri dedi ki Ramazan ayını tebrik etmek bitedir bu düzdür?
Cavab:
Va aleykum Salam. Ramazan ayının gəlişi münasibətilə təbrik etməkdə bir qəbahət yoxdur. Çünki Ramazan ayı mübarək aydır. Bu ayın gəlişi ilə müsəlmanlar sevinirlər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayın gəlişi ilə öz səhabələrini müjdələyrək deyərdi: "Sizə Ramazan ayı gəlib yetişdi. Bu ay mübarək aydır, Uca Allah bu ayda sizə oruc tutmağı vacib etmişdir..." (ən-Nəsəi, 2106).