Oruclu ikən qəzəblənib küfr söz söyləyənin orucu batil olurmu?
Va aleykum Salam. İnsan Uca Allaha dua edərkən ən ədəbli və ən gözəl ifadələri seçməlidir. Sualda qeyd etdiyiniz ifadə Uca Allahın mərhəmətinə və rəhmətinə şəkk etmək mənasını verir. Şiddətli qəzəb halında belə deyən şəxs üzrlü sayılır. Bu əməldən Allaha tövbə edin. Orucunuz isə səhihdir və bu orucu qəza etməyə ehtiyac yoxdur.
Oruc tutan insan dan yeri sökülənə qədər, yəni Sübh azanının vaxtı girənə qədər yeyib-içə bilər. İmsak vaxtı da məhz bu vaxtdır. Bəzi Ramazan cədvəllərində Sübh azanından 10-15 əvvəl "İmsak vaxtı" qeyd edilməsi yanlışdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar". (Səhih əl-Buxari, 1957; Səhih Muslim, 1098; ət-Tirmizi, 695). Həmçinin demişdir: "Həqiqətən, biz peyğəmbərlərə iftarı (gün batan kimi) tezləşdirmək, səhuru (sübh namazına qədər) gecikdirmək və namazda sağ əli sol əlin üzərinə qoymaq əmr olundu". (ət-Tabərani, 11323; İbn Hibban, 1770). Həmçinin oxuyun: Ramazan ayının orucu