''Allahummə salli alə seyyidinə Muhəmmədin, nəbiyyi-l-ummiyi..." nə deməkdir?
Sual:
Salam aleykum. ''Allahummə salli alə seyyidinə Muhəmmədin, nəbiyyi-l-ummiyi va alə əlihi va sahbihi və səllim'' ne demekdir? Sami Yusufun ifasinda eshitmishem.
Cavab:
Aleykum salam. Bunun tərcüməsi: Allahım, seyyidimiz, yəni rəhbərimiz Muhəmmədə, yazıb-oxumaq bilməyən peyğəmbərə və onun əshabələrinə salavat və salam yetir.