Uşağa bez almaq kişinin üzərində vacibdirmi?

    22.07.2022
Kimdən: 
UmmuMuhammed
Sual: 
As salamu aleikum. Menim yoldashim deyir ki, menim borcum deyil, seninde haqqin deyil pampers almaq uwaga. Deyirki qedim zamanlardaki kimi ag parcadan istifade et. Bu ne qeder dogrudur?
Cavab: 

Va aleykum Salam. Uca Allah kişilərə qadınlarla gözəl rəftar etməyi və onları çətinliyə salmamağı buyurmuşdur. Uca Allah buyurur: "Onlara gözləmə müddət­ləri başa ça­tanadək imkanınız daxi­lində öz yaşadı­ğınız yerdə qal­mağa yer verin. Sıxışdır­maq məqsədilə on­la­ra zərər yetir­mə­yin" (ət-Taləq, 6). Həmçinin buyurur: "Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər" (ən-Nisa, 34). Uşaq bezi günümzdə uşaq üçün zəruri sayılan tələbatlardandır. Əgər kişinin maddi imkanı yol verirsə, kişi uşağı üçün bez almalıdır. 

Teqlər: 
Paylaş: