Mənə şər yaxanları danışdırmaya bilərəmmi?

    14.05.2014
Sual: 
Salam aleykum. Menim bu yaxnlarda bashima bele bir hadise gelib. Men hicab baglamaq isteyirem. Size bir defe sual vermishdim ki, anam raziliq vermir. Bir defe qonshumuz bizde idi. Men hicab baglamaq istediyimi deyende, mene dedi ki, sen vehhabisen? Mene chox pis tesir etdi. Axi hicab Allahin emridir. Bu da deyir vehhabi. Sonra men hazirliqda olanda nenem mene dedi ki, qonshu (yenede) sual verib ki, neven vehhabidi beyem? Ustelik bunu deyen namaz qilandir. Ancaq qeybet edir, ara qarishdirir. Yene diger bir qonshu neneme men olmayanda'' o, beyem vehhabi namazi qilir?'' deyib. Indi men onlara qarshi chox hirsliyem. Chunki mene sherr yaxiblar. Eger men onlari buna gore danishdirmasam gunah ederemmi? Onlari yalniz Allaha hevale edirem.
Cavab: 

Aleykum salam. Sizin buna görə hirslənməyiniz yaxşıdır və Allaha xoş gedir. Dili qorumaq şərti ilə bu cür hirslənmək bəyənilən əməllərə daxildir. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) yalnız Allah təalaya asi olunduqda qəzəblənərdi, qəzəbləndikdə isə bu onun üzündən bilinərdi və o, nalayiq sözlər danışmazdı. Siz bir müddət onlara hirsləndiyinizi hiss etdirin, lakin kin saxlamayın. Çünki bunun hamısı insanların dini savadsızlığından irəli gəlir. Odur ki, həm bağışlama yolunu tutun, həm də onlar üçün dua edin ki, Uca Allah onlara hidayət versin. Peyğəmbərin (sallallahu aleyh və səlləm) dövründə nə qədər insanlar Peyğəmbərə  (sallallahu aleyh və səlləm) və möminlərə olmazın əzab-əziyyətini vermiş, lakin sonradan Uca Allahın yoluna qayıtmış və İslamın ən görkəmli şəxsiyyətlərindən olmuşlar.    

Paylaş: