Müsəlmanlara ibadətləri xatırlatmaq bidət sayılırmı?

    22.07.2022
Kimdən: 
Adsız
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərəkətuhu. İbadətləri xatırlatmaq bidətdir mi? Məsələn, 1,4 gün orucunu, ağ günlərin orucu, kəhf oxumağı, zikrləri xatırlatmaq və s.
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Müsəlmanlar arasında ibadətləri xatırlatmaq xeyir işlərdə yardımlaşmaq sayılır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). 

Paylaş: