Səhvən sübh azanından sonra gün çıxana qədər yeyənin orucu səhihdirmi?
Va aleykum Salam. Oruc tutan insan Sübh namazının azanına qədər yeyib-içə bilər. Sübh namazının azanı dan yeri söküləndə daxil olur. Dan yeri söküləndən sonra yeyib-içmək qadağandır. Lakin əgər qeyd etdiyiniz hal səhvən və unutqanlıqdan baş vermişsə, bu halda oruc səhihdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", II; Əbu Davud "Hudud" 17; ət-Tirmizi "Hudud" 1; İbn Məcəh "Talaq" 15-16, №: 2043). Həmçinin Adiy ibn Hatimin (Allah ondan razı olsun) rəvayət etdiyi hədis buna dəlalət edir. Adiy demişdir: Uca Allahın: "Ağ sap qara sapdan seçilənə qədər yeyin-için” (əl-Bəqərə, 187) ayəsi nazil olduqda, mən bir ağ və bir qara ip götürüb yastığımın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bilmədim. Səhəri gün Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib nə etdiyimi ona xəbər verdim. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə dedi: "Elə isə sənin yastığın (səhərin şəfəqini və gecənin qaranlığını əhatə etdiyi üçün) çox genişdir. Əslində, bu, gecənin qaranlığı və gündüzün aydınlığıdır". (əl-Buxari, 1783, 1916; Muslim, 1824). Bu səhih hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Adiyə əvvəlki oruclarının batil olduğunu demədi və ona həmin orucları qəza etməsini buyurmadı. Həmçinin oxuyun: