Evdə hüzur tapa bilmirəm, bunun üçün xüsusi bir dua varmı?
Sual:
Salam.Men evde huzur tapa bilmirem.Cox qapaniram.cox eseb kechirdirem.ele bir dua varmi oxuyum?Namaz qilmiram.Bashlaya bilmirem bilirem weytan emelidir.
Cavab:
Va aleykum Salam. Uca Allah Qurani Kərimdə qəlb rahatlığının yalnız iman gətirmək və yaxşı işlər görməkdə olduğunu bildirmişdir: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28). Odur ki, sizə tez bir zamanda namaza başlamağı və səhər-axşam zikrlərini deməyi tövsiyə edirik. Ətraflı oxuyun: Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?