Göz zinasına nələr aiddir və onun törətdiyi mənfi fəsadlar hansılardır?

    13.05.2014
Kimdən: 
İsa Rüfət
Sual: 
Salam aleykum. Göz zinasina neler aiddir? Yeni gözün zinaligi nedir ve onun töretdiyi menfi fesatlar?
Cavab: 

Aleykum salam. Göz zinası kişinin yad qadına, qadının da yad kişiyə tamaşa etməsidir. Allah Təala buyurur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən Nur, 30-31).
Göz zinası günah əməllərə yol açır. Nə qədər insanlar buna görə həlak olmuş, nə qədər ailələr dağılmışdır. İslam dini, nəinki günahı bəyan edir və onu haram edir, eləcə də günaha aparan yolları və ondan qorunma üsullarını da göstərir.  

 

Paylaş: