Sevgi şamı yandırmaqla neqativliyi aradan qaldırmaq olarmı?

    13.04.2023
Kimdən: 
Etibar
Sual: 
Salam.Indi sonvaxdalar sevgi sami neqativliyi uzaqlasidiran qara samlar satirlar.Adida tebii samlar olaraq gedir.Onlara inanamaq yandirmaq gunahdir?Sam dediyim uzun copdur iy verir hemde deyilene gore aurani deyisir.
Cavab: 

Va aleykum Salam. İslam dinində şam yandırmaqla neqativliyi uzaqlaşdırmaq kimi bir anlayış yoxdur. Çox vaxt bu şeyləri cadugərlər satırlar, onları istifadə etmək isə şəri uzaqlaşdırmaq əvəzinə əksinə, şəri və şeytanları gətirir. Həmçinin, şam yandırmaq bütpərəstlərə xas olan bir əməldir. Odur ki belə bir əməli etmək özünü onlara bənzətmək sayılır və bu haramdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır". (Əbu Davud , №: 3512, 4027, 4031, 4033).

Teqlər: 
Paylaş: