Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?
Sual:
Salam aleykum. Ramazan ayinda Qurban kəsmək günahdır, yoxsa savabdır?
Cavab:
Aleykum salam. Hər bir vaxt Allah üçün qurban kəsmək savab əməllərdən sayılır. Ramazan ayında qurban kəsmək isə daha böyük savabdır. Ümumiyyətlə, Ramazan ayında xeyirxah işləri artırmaq lazımdır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir: "Allahın elçisi insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail (aleyhis-sələm) Ramazan ayının hər gecəsində Peyğəmbər ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın elçisi xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı". (əl-Buxari, 6).