Namaz qılmayan və oruc tutmayan valideyn müsəlman sayılırmı?

    12.01.2023
Sual: 
Assalamu Aleykum. Menim anam Allahın tekliyini, Muhemmedin onun resul olduğunu həmçinin namazin vacib bir emel olduğunu qebul edir. Amma namaz qalib, oruc tutub zekat vermir. Zövcem deyirki o cür ana mürtef valideyindi ve onun valideynlik haqqları dusur. Yeni heç bir haqqı yoxdu. Bu ne qeder doğrudur.
Cavab: 

Va aleykum Salam. Allahın təkliyini, Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbərliyini, namazın və orucun vacibliyini qəbul edən, lakin səhlənkarlıqdan namaz qılmayıb oruc tutmayan valideyn müsəlman sayılır. Övlad üzərində bu valideynin həm valideyn haqqı, həm də İslam haqqı vardır. Hətta valideyn kafir olsa belə onun haqqı övladın üzərində qalır. Həmçinin, oxuyun: Allaha asi olan və övladına zülm edən valideynə münasibət necə olmalıdır?

Teqlər: 
Paylaş: