Yuxuda seyyid görmək nə anlama gəlir?

    14.05.2014
Sual: 
Salam aleykum. Anam yuxuda görüb ki, Seyyid kishi ona deyir ki, sene iki aydan sonra elchi gelecekler. Bunun yozumu nedir? Xahish edirem ki, bu haqda etrafli melumat vererdiz.
Cavab: 

Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Yəni bu insanlardan tələb olunmur. Yaxşı yuxu gördükdə sevinmək və Uca Allaha həmd etmək lazımdır. Pis yuxu gördükdə isə bu yuxunu şeytandan bilib onun barəsində fikirləşməmək, heç kəsə danışmamaq, boş bir şey hesab etmək və şeytandan Allaha sığınmaq lazımdır. Ümumiyyətlə isə yuxulara çox əhəmiyyət vermək lazım deyildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: “Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz”. (Buxari, 6985).
Daha ətraflı buradan oxuyun: "Yuxu haqqında"

Paylaş: