Ritual etmək günahdır?
Sual:
Salam ritual etmek gunahdir?
Cavab:
Va aleykum Salam. Ritual sözünün mənası "ayin" deməkdir. Dindən uzaq bəzi insanlar arzu və istəklərin həyata keçməsi üçün edilən müəyyən rituallar, ayinlər edirlər. Bu ayinlər dinimizə zidd əməllərdir və günahdır, çünki bütün dualar və ibadətlər yalnız Allahın bizə buyurduğu və peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) öyrətdiyi kimi edilməlidir. Həmçinin, dualar yalnız Uca Allaha edilir, onların qəbul olunması üçün şəriətimizdə yollar göstərilmişdir. Uca Allah buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186);
"Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" (Ğafir, 60).
"Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər" (Ğafir, 60).
Həmçinin oxuyun: