El arasında olan bu misalların din ilə bir bağlılığı varmı?

    14.05.2014
Kimdən: 
Xudaverdi
Sual: 
Salam aleykum. El arasında olan bəzi deyimlərin izahını bilmək istərdim. Belə ki, adətən belə deyimlərə çox rast gəlirik. Məsələn: "İtə pir qənim olmaz", "İt hürər, karvan keçər", "Məscidin qapısı açıqdır-açıq, itin abırına nə deyirsən?" Bu misalların yaxından və ya uzaqdan din ilə, islam ilə hansısa bir bağlılığı və ya bir əlaqəsi varmı? Özüdə çox maraqlıdır, misalların hamısında "it" keçir. Zəhmət olmasa bu barədə bir az geniş açıqlama verərdiniz.
Cavab: 

Aleykum salam. Xalqımızın tarixi kökü, adət-ənənəsi, folkloru, klassik ədəbiyyatımız İslam dini ilə sıx bağlıdır. Heç təsadüfi deyildir ki, Azərbaycanın adı hədis kitablarında qeyd olunur. Həmçinin, atalar sözləri və deyimlərimizdə İslami dəyərlər öz əksini tapmışdır. Məscidin qapısı açıqdır dedikdə burada səxavətliliyin qarşısında istəyənin də gözütox olmasından söhbət gedir. Məscidlər Allahın evləri sayılır və onlar hər bir kəsin üzünə açıqdır. Burada səxavətli insan məscidə, acgöz adam isə itə bənzədilmişdir. 

Paylaş: