El misallarının din ilə əlaqəsi var?

    14.05.2014
Sual: 
Salam aleykum. Mən belə başa düşdüm ki, bu el misallarının din ilə hansısa bir əlaqəsi var? Çünki siz buradakı suallardan (Allaha və dinə qarşı qəlbimdə pis fikirlər yaranıb. Bundan necə xilas olum? www.zikr.az/node/1952) birinə cavab yazanda bu el misalindan "it hürər, karvan keçər" istifadə etmisiniz.
Cavab: 

Aleykum salam. "İt hürər, karvan keçər" deyimində heç bir problem yoxdur. Çünki bu bir bənzətmədir və bunun mənası doğrudur. Yəni bu o deməkdir ki, insan doğru yoldadırsa, dil uzadanların ona heç bir zərəri olmaz. Ümumiyyətlə hər hansı bir ifadənin özü və onun mənası doğrudursa və İslam əqidəsinə ziddiyyət təşkil etmirsə, onları istifadə etmək olar. Bu deyimlər hər bir xalqın dilində vardır. Sadəcə olaraq bunların arasında yuxarıda söylədiyimiz kimi yaxşısını pisindən ayırd etmək lazımdır. 

Paylaş: