Peyğəmbərə salavat göndərmək duanı əvəz edirmi?
Sual:
Salam aleykum. Bu hədisi açıqlaya bilərsinizmi? Mən belə anladım ki Allah Tealaya dua edərkən ancaq resulullaha (sallallahu aleyhi ve sellem) deyerek salavat göndərmək lazımdır. Yəni bu daha yaxşıdır. Allahdan bağışlanma diləmək əvəzinə və ya hansısa Allah Tealadan istəyimizin əvəzinə elə ancaq salavat göndərək? Biz dua etmək istəyirik. Onu etməyərək, onun əvəzinə salavat göndərsək duanı istəmiş kimi oluruq. Düzmü anlamışam? Allah razı olsun! Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxumaqdır. Ubey ibn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə mən Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedim: “Mən sənə çoxlu salavat demək istəyirəm. Nə qədər sənin üçün salavat oxuya bilərəm?” Dedi: “Nə qədər istəsən.” Dedim: “Dualarımın dörddə bir qismini sənin üçün salavat oxuyacağam.” Dedi: “Nə qədər istəsən oxuya bilərsən. Artırsan sənin üçün daha xeyirli olar.” Dedim: “Dualarımın yarısını sənə salavat deyəcəyəm.” Dedi: “Nə qədər istəsən oxuya bilərsən. Artırsan sənin üçün daha xeyirli olar.” Dedim: “Üçdə bir qismini sənin üçün salavat oxuyacağam.” Dedi: “Nə qədər istəsən oxuya bilərsən. Artırsan sənin üçün daha xeyirli olar.” Dedim: “Hamısını sənin üçün salavat oxuyacağam.” Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Elə isə, dünya və axirət ehtiyacların ödənər, üstəlik günahların bağışlanar.”
Cavab:
Aleykum salam. Bu hədisdən belə başa düşülmür ki, insan bağışlanma diləmək və ya Allahdan nəsə diləmək istədikdə yalnız salavat deməklə kifayətlənməlidir. Bunu belə başqa düşmək düzgün deyildir. Əksinə bu hədis bizlərə öyrədir ki, Allaha dua etdikdə duanın əvvəlində Peyğəmbərimizə sallallahu aleyhi və səlləm salavat gətirmək yaxşıdır. İnsan Allaha dua etmək istədikdə yaxşı olar ki, duanın əvvəlində Allaha təriflər desin, Allaha sənalar etsin, Onun adları ilə tərifləsin və sonra Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə salavat gətirsin və bunun ardınca öz istəyini Allahdan diləsin.