Maraq üçün falçıya gedib baxdırmaq olarmı?

    14.05.2014
Kimdən: 
Aynura
Sual: 
Salam aleykum. Dörd ildir ki, bir oglan meni isteyir. Amma o elchilik meslesi gelende ishimiz bir saniyenin ichinde dagilir. Yaxin bir qohumumuz fala baxan taniyir. Sadece maraq uchun ikimize gore gedib o falchiya baxdirmisham. halbuki, men heç o falchiya inanmiram. Yalniz ve yalniz maraq uchun gedib baxdirmisham. Ozum namaz qiliram. Sizce gunaha batmishammi?
Cavab: 

Aleykum salam. Fala baxmaq və ya baxdırmaq küfrdür. Dinimiz falçıların və cadugərlərin yanına getməyin və onların dediklərinə inanmağın küfr olduğunu bəyan etmişdir. Rəsulullah (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; Bəzzar, 3/399).
Bu hədisdən aydın olur ki, maraq üçün belə falçıların yanına getmək günahdır və həmin insanın qırx gün namazı qəbul olunmur. 

Paylaş: