Hansı peyğəmbər qaradərili olub?
Sual:
Əssələm Aleykum və rəhmətullahi və bərəkətuhu.Hansı peyğəmbər qaradərili olub? Xahiş edirəm əgər varsa səhih mınbəsin göstərin mən tapa bilmədim.Allah dəvətinizə bərəkət versin.
Cavab:
Va aleykum Salam. Hədislərdə Musa peyğəmbərin (ona salam olsun) qarayanız olduğu bildirilir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən (Meraca qalxdığım gecə) İsanı, Musanı və İbrahimi gördüm. İsa qırmızıdərili, qıvrımsaçlı və enlikürək birisi idi. Musa isə qarayanız, cüssəli və hamar saçları olan birisi idi. Zutlardan (Sudandakı və ya Hindistandakı qaradırili tayfalardan) birinə oxşayırdı.” (əl-Buxari, 3438). Bəzi hədislərdə Loğmanın (ona salam olsun) qaradərili olduğu bildirlir. Lakin doğru olan rəyə görə Loğman peyğəmbər olmamışdır, o əməlisaleh insanlardan biri olmuşdur.