Hər dəfə Kəbəyə getmək istədikdə problemlər çıxır, bu nədəndir?

    31.01.2023
Kimdən: 
Mələk
Sual: 
Salam aleykum hər vaxtınız xeyrli olsun Inşallah .Biz neçə ildir Kəbəyə getmək isdəyirik amma gedə bilmirik hər səfərində atam avarya edirbir iş çıxır gedə bilmirik bunun səbəbi sizcə nədir?
Cavab: 

Va aleykum Salam. Əvvəla Uca Allahdan sizi Müqəddəs Evi - Kəbəni gözəl şəkildə ziyarət etməyə müvəffəq etməsini diləyirik! Başınıza gələn hadisələrə gəlincə, ola bilsin bu bəlalar günahlara görədir, ola da bilsin Uca Allah sizi imtahan edir.  Siz hər bir halda bu gözəl niyyətinizdən vaz keçməyin, onu həyata keçirməyə çalışın və Allaha dua edin ki, sizin üçün asanlaşdırsın. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) də söz və əməllə insanları bu ibadətə təşviq etmiş və demişdir: «Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir» (Buxari: 1773, Müslim: 1349.)
Həmçinin digər hədisdə deyilir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur» (Tirmizi: 807, Nəsai: 5/ 115.)

Paylaş: