Uşaqlarda "Monqol ləkəsi" adlanan ləkənin dində bir anlamı varmı?
Sual:
Allahın salamı olsun.. Yeni qız evladım olubdu belində mongol deyilən leke var. Dində bir menası varmı bu ləkənin?
Cavab:
Əssələmu aleykum. Mongol ləkəsi adı verilən tünd ləkəli sahələr körpələrdə əsasən ombalarda görülə bilər. Bu ləklər təbiidir və dində heç bir anlamı yoxdur. Tünd mavi-qaraya çalan bu ləkələr sanki çürük təəssüratını versə də, elə deyil. Uşaq dörd yaşına gələnə qədər bu ləkələr yavaş-yavaş kiçilir və itir.