Peyğəmbər ﷺ bizi eşidirmi?

    12.04.2023
Kimdən: 
Elvin
Sual: 
Salam Aleykum Peygamber s.e.s bizi ewidirmi? Biz niye namazda ona Salam veririk? (Esselamu aleyke eyyuhennebiyu varahmatullahi vabarakatuhu)
Cavab: 

Va aleykum Salam. Quranda və Səhih Hədislərdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizim dediklərimizi eşitməsi barədə heç bir dəlil yoxdur. Yalnız Peyğəmbərə dediyimiz salavatları Uca Allah ona çatdırması barədə hədislər vardır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Adəm o gün yaradıldı, o gün vəfat etdi, Sura da o gün üfürüləcək, məxluqat o gün öləcək. Cümə günü mənə çox salavat gətirin, çünki sizin salavatınız mənə ərz olunur". Elə bu an deyildi ki, bəs sənin bədənin çürüdüyü halda, sənə nə cür ərz olunacaq? Peyğəmbər (salləllahu aleyhi və alə əlihi səlləm): "Qüdrət və Cəlal sahibi olan Allah peyğəmbərlərin cəsədlərini torpağa haram qılıb", – dedi. (Əbu Davud, 1047). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mənə salam verən elə bir kəs yoxdur ki, Uca Allah ruhumu qaytarmasın və mən onun salamını almayım" (Əbu Davud, 2041). Bu hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona deyilən salavat və salamları birbaşa eşitməsi nəzərdə tutulmur. Ona bu salamları mələklər çatdırır. Bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allahın səyyah mələkləri var. Bu mələklər ümmətimdən mənə salamları şatdırırılar" (ən-Nəsəi, 1282; Əhməd, 3666). 

Təşəhhüddə dediyimiz "əssələmu aleykə əyyuhən-nəbiyyu..." (Ey Peyğəmbər! Sənə salam olsun...) xitabına gəlincə, bu xitab qəlbdə xitab ediləni hiss etmək məqsədilə deyilir və bu cür xitab İslamda icazəlidir. 

Teqlər: 
Paylaş: