"Əməntu billəhi va rusulihi" necə tərcümə olunur?

    14.05.2014
Kimdən: 
Turan
Sual: 
Salam aleykum. Oyrenmek isterdim ki, "Əməntu billəhi va rusulihi" necə tercume olunur. Minnetdaram.
Cavab: 
Aleykum salam. Bunun mənası "Allaha və Onun elçilərinə iman gətirdim" deməkdir. Bu ifadəni imanda şəkkə düşən insanın söyləməyi tövsiyyə edilir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: “Səni kim yaradıb?" O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb?" Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi" - desin. Həqiqətən, bu, vəsvəsini ondan uzaqlaşdırar".
Teqlər: 
Paylaş: