Qadın süd verdiyinə görə tutmadığı Ramazan oruclarını qəza etməlidirmi?
Sual:
2016 cı ildə ramazan ayının orucunu tuta bilmədim süd verme döneminde idim
O vaxtı mənə catan məlumat bele idi ki ümumiyetle süd veren ve hamile qadına oruc tutmağ vacib deyil onlar üzürlüdüler, bir nece il sonra bu fikrin yanlış olduğunu öyrendim amma ne keffare verdim ne oruc tutdum
Mən indi ne edim? Boynuma düşen nedir?
Keffare verib oruc tutmaliyammi?
Eyer beledise etrafımda keffare yedizdirecek insanlar tanimiram
Erzaq vere bileremi eyer vere bileremse 1 güne göre ne qeder Erzaq düşür?
Cavab:
Əssələmu aleykum. Dinimiz süd verən və hamilə qadına, özünə və ya övladına görə çətinlik olduğu təqdirdə orucu açmağa izn vermişdir. Lakin çətinlik aradan qalxdıqdan (süd dövrü bitdikdən və ya hamiləlik sona yetdikdən) sonra digər aylarda tutmadığı günlər qədər qəza orucu tutmalıdır. Kəffarə isə xəstəlik və ya qocalıq səbəbindən ümumiyyətlə oruc tuta bilməyən insanlara aiddir. Odur ki, sizin üzərinizə düşən gələcəkdə imkan edib 2016-cı ildə tutmadığınız Ramazan orucunu qəza etməkdir. Qəza orucu barədə ətraflı oxuyun:
Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?