Ramazan ayında oruclu ikən cinsi yaxınlıq edənin kəffarəsi necə verməlidir?

    13.07.2023
Kimdən: 
HH
Sual: 
Salam Aleykum va rahmatullahi I va barakatu deyerli qardaşlar sizlere bezi suallarım olacaq 1) Ramazan ayında cinsi elaqede olanda 60 gün oruc tutmalısan yadakı 60 kasıbı yedizdirmelisen..Yemek burda bişmiş halda verilir yoxsa çiy halda eger çiy halda verilirse adam başına ne qeder ne düşür? 2)Ola biler ki bir nefer kasıbı ve yaxud 1 dul qadını 60 gün yedizdirmek yoxsa 60nefer olmalıdır? 3) Bu keffareni Ramazana kimi kutarmalıyıq yoxsa Ramazan ayında meçidde iftar vaxtı mende yardım etsem 60 nefer iftar etse oda sayılır yoxsa yox??xaiş edirem link atmadan cavab veresiz Allah sizdən razı olsun
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu.

1) Ramazan ayında gündüz oruclu halda cinsi əlaqədə olmağa görə verilən 60 kasıbı yedizdirmək kəffarəsini həm hazır yemək şəklində, həm də ərzaq şəklində vermək olar. Ərzaq şəklində hər günə görə 1.5 kilo (fitrə zəkatında çıxarılan) yeyinti məhsullarından alınıb 60 kasıba verməklə çıxarılır. Həmçinin oxuyun:

 

2) Üstün rəyə görə kəffarədə altmış kasıb olmalıdır. Bir kasıbı 60 gün yedizdirmək olmaz. 

 

3) Altmış kasıbı yedizdirmək kəffarəsini istənilən vaxt vermək olar, hətta Ramazandan sonra çıxarmaq olar. Ramazan ayında verilməsi şərt deyil. Kəffarəni məsciddə iftar şəklində vermək düzgün deyil. Çünki məscidə iftar üçün gələnlər tək kasıblar deyil, varlılar da olur. Lakin siz hansısa bir yeməkxana ilə danışıb onlara ödəniş etməklə tanıdıqları 60 kasıba yemək vermələrini xahiş edə bilərsiniz.

Teqlər: 
Paylaş: