Qaynar suyu yerə tökərkən nə deyilir?

    12.04.2023
Kimdən: 
Bəxtiyar Mustafa
Sual: 
Əssələmu aleykum. Allah sizi xeyirlə mükafatlandırsın. Sualım belədir : İsti suyu çölə atan zaman cin toxunmasın deyə nə deməli və mümkünsə təfsilatı. Bir də odun üzərinə su çiləyib söndürəndə və təfsilatı. Əgər islamiyyətdə bu barədə nəsə varsa zəhmət olmasa dəlilləri qeyd edərdiniz. Öncədən təşəkkürlər Allah sizə bərəkət versin Əssələmu aleykum
Cavab: 

Va aleykum Salam. Bildiyimiz kimi ətrafımızda cinlər aləmi mövcuddur və onlar bizi bizim onları görmədiyimiz yerlərdən görürlər. Uca Allah bu xüsusda buyurur: "Şübhəsiz ki, o və onun nəs­li sizləri sizin on­ları görə bil­mədiyiniz yerlər­dən görürlər" (əl-Əraf, 27). İslam alimləri ümumiyyətlə isti suyu çölə səpələməyi məsləhət görmürlər. Belə ki, insan özü də bilmədən ətrafda olan cinlərə zərər vermiş olar. Əgər müsəlman olarsa müsəlmana əziyyət vermək qadağandır. Əgər kafir olarsa insanla düşmənçilik aparıb ona zərər verə bilərlər. Odur ki, qaynar suyu çölə atmaq məcburiyyətində qalan insan suyu çox hündürdən deyil, alçaq məsafədən tökməli və tökməzdən əvvəl "Bismilləh" deməlidir.  Odun üstünə su çiləməkdə isə bir qəbahət yoxdur və bu, icazəlidir.

Teqlər: 
Paylaş: