Qadın heyzdən təmizləndikdən sonra gec qüsl alarsa buraxdığı namazları qılmalıdırmı?

    13.04.2023
Sual: 
Salam aleykum.Sualima göre çox uzr isteyirem.Bir qadınin heyz muddeti texminen 5gundurse ve o qadinin heyzi 4cu günden kesilerse ve qadın buna tam emin olmadığı üçün gozlese ve 5-ci gunde qüsl alıb namaz qılmağa davam etse 4-cu günde qılmadığı namazların qezasini qilmalidirmi.Yaxud eksine 4cu günün seherinden qadının heyzi kesilse ve o axşam qüsl alsa gündüz qılmadığı namazların qezasini qılmalıdırmi?Onceden teşekkürler
Cavab: 

Va aleykum Salam. Qadının heyzdən təmizlənməsi əsasən iki əlamətlə bilinir. Birincisi: Qanın tam dayanması ilə; belə ki, daxildən təmizləndikdə belə qan əlaməti olmasın. İkincisi: Ağ mayenin gəlməsi. Əgər bu iki əlamətdən biri olarsa, qadın qüsl edib namazlarına başlamalıdır. Təmizləndikdən sonra gələn qəhvəyi-sarımtıl ləklərə isə fikir vermir. Odur ki, əgər qadın heyzdən təmizləndiyinə əmin olduqdan sonra namazlarını bir gün gecikdirərsə, bu namazları qəza etməlidir. Həmçinin səhər təmizlənib axşam qüsl edərsə günorta buraxdığı namazları qılmalıdır. Həmçinin oxuyun: Qadından gələn qəhvəyi ləkə orucu pozurmu?

Teqlər: 
Paylaş: